Çeçenistanda iki döyüşçü öldürüldü

30-03-2017, 22:34           

Çeçenistanda əməliyyat-axtarış tədbirləri zamanı iki silahlı döyüşçü zərərsizləşdirilib.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Şimali Qafqaz Federal Dairəsinin hüquq-mühafizə orqanlarından bildirilib.

Mənbənin sözlərinə görə, döyüşçülər Urus-Martan rayonunda dağlardakı meşəlik sahədə görünüblər. Onlar təhlükəsizlik işçilərinin silahları yerə qoymaq və ərazidə açıqlığa çıxmaq tələbinə məhəl qoymayaraq qarşı tərəfə atəş açıblar və atışma zamanı məhv ediliblər.

Əməliyyat iştirakçılarının heç biri xəsarət almayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.