ABŞ-da 50 nəfərin qatili türmədə döyülərək öldürülüb

31-03-2017, 07:54           
ABŞ-da 50 nəfərin qatili türmədə döyülərək öldürülüb
Amerikalı silsilə qətllər törətmiş "Ölüm mələyi" ləqəbli Donald Harvi 50 nəfəri qətlə yetirdiyinə görə, ömürlük cəza çəkdiyi həbsxanada döyülərək öldürülüb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Donald Harvi 1970-1980-ci illərdə Sinsinnati (Ohayo ştatı) və London (Kentukki ştatı) şəhər xəstəxanalarında sanitar işləyib. O, qurbanlarının əksəriyyətini yeməklərinə zəhər qatmaqla öldürüb. Bəzi xəstələr cinayətkar onların süni nəfəs aparatını söndürdüyü üçün boğuralaq ölüblər.
Altımış dörd yaşlı Harvi çərşənbə axşamı cəza çəkdiyi Tolido şəhər həbsxanasında döyülüb. İki gün sonra isə vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru