Avropa məhkəməsi Ermənistana qarşı qərar çıxardı

31-03-2017, 12:31           
Avropa məhkəməsi Ermənistana qarşı qərar çıxardı
Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistana qarşı “Avakemyan Ermənistan əleyhinə” şikayəti üzrə qərar çıxarıb. AzVision.az “Faktİnfo”ya istinadən xəbər verir ki, Avakemyanın rəsmi nüamyəndəsi və vəkili Ayk Alumyan bildirib ki, Avropa Məhkəməsi insan hüquqları üzrə Avropa Konvensiyasının 6 və 13-cü maddələrinin pozulmasını tanıyıb.

Avropa məhkəməsi hesab edib ki, Ermənistan höküməti şikayət edən şəxsə kompensasiyanın verilməsi haqqında kifayət qədər qüvvəyə minmiş qərarın qəbul olunmasına baxmayaraq, qərarın icraatı üçün müvafiq addımlar atmayıb.

Qərara əsasən, Ermənistan Respublikası ərizəçiyə mənəvi ziyan əvəzi olaraq 3600 avro məbləğində kompensasiya ödəməlidir. Bununla belə məhkəmə 25 min avro məbləğində maddi ziyanın ödənilməsi barədə tələbi rədd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru