Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Baş nazirinin mətbuat katibi Vladimir Siçeviç söyləyib.
“Rusiya energetika nazirinin bizim borcumuzla bağlı söylədikləri həqiqət deyil. Bu bəyanat faktdan çox təbliğata bənzəyir”, – o bildirib.
Qeyd edək ki, Moskva Minskin ona 700 milyon dollar borclu olduğunu bəyan edib. Belarus isə bu iddiaların heç birini qəbul etmir. Tərəflər arasında məhz bunun ucbatından münasibətlər gərginləşib.