Quranı 45 milyon dollara almaq istədilər: Satmadı

31-03-2017, 23:30           

Moskvalı Anaşka Hacımuradova vəfat etmiş babasının əşyaları arasında qədim Quran aşkar edib.

teref.az-nun verdiyi xəbərə görə, Suriya nəşri olan qiymətli əmanət XVI əsrə aiddir. "Tanışlarımla birlikdə müqəddəs kitabın iki ekspertizasını etdirmişik. Hər ikisində onun XVI əsrə aid olduğu dildirilib. Bu müqəddəs kitaba görə Londonda mənə 12 milyon dollar təklif etdilər, sonra qiyməti 45 milyona qaldırdılar. Mən razı olmadım"- deyə moskvalı xanım bildirib.

Allah kəlamlarını əks etdirən kitaba görə bütün pul təkliflərindən imtina edən Anaşka Hacımuradova qərara gəlib ki, Quranı məscidlərin birinə hədiyyə etsin.


"İnsanı pul xoşbəxt eləmir. İstənilən vaxtda mənim, uşaqlarımın, nəvələrimin məscidə gedib bu qiymətli yadigara baxmaqları isə hər şeyə dəyər" - deyə o bildirib.//salamnews












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru