Tramp yenə manşetlərdə: Kameraların qarşısına keçdi və gözlənilmədən...- FOTOLAR

1-04-2017, 14:16           

Qəribə hərəkətləri ilə dünya mediasına manşet olan Donald Tramp bu dəfə də təəccübləndirib.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, Tramp KİV nümayəndələrinin gözü qarşısında iki sənəd imzalamalı olduğu hada qəfildən fikrini dəyişib. Belə ki, o, köməkçisi Mayk Pens və digər səlahiyyətlilərlə kameralar qarşısına keçib.

Ancaq gözlənilmədən “Hər kəsə çox təşəkkür edirəm. Qərarnamələrin güclü təsirini qısa zamanda görəcəksiniz” dedikdən sonra otağın qapısına doğru yönəlib.

O əsnada köməksçi Mayk Pens istefaya göndərilən milli təhlükəsizlik üzrə müşavir Maykl Flinn ilə bağlı sualı cavablandırırdı. Ancaq sözünü yarımçıq qoyaraq prezidentə sənədi imzalamadığını xatırladıb. Prezident isə buna məhələ qoymayaraq otağı tərk edib. Pens qərarların olduğu qovluğu götürərək prezidentin arxasınca otağı tərk etməli olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru