İtaliyada Azərbaycana qarşı TƏXRİBAT: bomba partlatdılar

1-04-2017, 14:22           
İtaliyada Azərbaycana qarşı TƏXRİBAT: bomba partlatdılar
Azərbaycan qazının Avropaya çıxarılması üçün həyata keçirilən TAP kəmərinin tikintisinə qarşı İtaliyanın cənubunda etirazlar səngimək bilmir.

Modern.az saytının xəbərinə görə, bu haqda İtaliyanın "Repubblica” nəşri yazıb.
Qeyd edək ki, mühafizə polisi və təhlükəsizlik qüvvələri tikinti işlərinin təhlükəsizliyini təmin etməlidir.
Bundan əvvəl aksiya fəalları ilə polis arasında şiddətli toqquşmalar baş verib.
Bu aksiyaların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan, keçmiş şoumen Beppe Grillonun rəhbərlik etdiyi "5 Ulduz” hərəkatı və onun yaratdığı "No TAP” ictimai komitəsidir.
Komitə kəmərin tikintisinin çoxillik zeytun ağaclarına ziyan vuracağını iddia edir. Ümumiyyətlə bildirir ki, bu kəmər və Azərbaycan qazı İtaliyaya lazım deyil.
Məlumata görə, Leççedəki Tiçiana otelinin qarşısında naməlum şəxslər kustar üsulla hazırlanmış bombalar partladıblar.

Hazırda müstəntiqlər baş vermiş hadisə ilə bağlı iki təhqiqat aparırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru