Parisdə partlayış baş verib, 20-dək insan yaralanıb

2-04-2017, 11:38           

Paris ətrafındakı Vilpent kommunasında baş vermiş güclü partlayış nəticəsində 20-dək şəxs yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisənin terror aktı olduğu istisna olunur.

Məlumata görə, 30-dək şəxs həkimlərə müraciət edib. Onların arasında şok vəziyyətdə olanların da olduğu bildirilir.

Məlumata görə, partlayış zamanı kommunanın meri da yaralanıb. İnsidentin uşaqlar üçün ənənəvi olaraq hər il keçirilən karnaval zamanı baş verdiyi bildirilir.
[media=https://www.youtube.com/watch?v=mbvmOZ7YuuM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru