Paytaxtda onlarla insan saxlanıldı

2-04-2017, 21:03           
Paytaxtda onlarla insan saxlanıldı
teref.az-nun "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat verib.

Yürüşün təşkilatçılarının dediklərinə görə, onlar 1-ci Tversko-Yamskaya küçəsi ilə Manej meydanına yürüməyə cəhd ediblər.

Yürüşün başlayacağı yerə əvvəlcədən iki polis avtofurqonu və avtomobili və həmçinin zirehli gödəkçə geyinmiş polis zabitləri yığılıb.

Yürüşün keçirildiyi ərazidə olan polislər səsgücləndirici ilə yürüş iştirakçılarına digər vətəndaşların küçə ilə hərəkətinə mane olmamalarına dair xəbərdarlıq ediblər.

İştirakçılara həmçinin polis zabitlərinin əmrlərinə riayət etmədikləri halda inzibati tədbirlərin tətbiq ediləcəyi deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru