İŞİD Mosulun qərb məhəllələrində qadın snayperlərdən istifadə edir

3-04-2017, 12:42           
İŞİD Mosulun qərb məhəllələrində qadın snayperlərdən istifadə edir
İŞİD terror təşkilatı Mosulun qərb hissəsində İraq hərbçilərinə qarşı qadın snayperlərdən istifadə edir.

SalamNews-un xəbərinə görə, bu barədə “As Sumaria” telekanalı bildirib.

Telekanalın məlumatına əsasən, snayperçi qadınlar Mosulun terrorçuların nəzarəti altında olan hissələrindəki yaşayış evlərinin damlarında mövqe tutublar və ordunun mövqelərinə atəşə tuturlar. Bildirilib ki, İŞİD ordunun əks hücumları nəticəsində qərbi Mosulda snayper üzvlərinin əksəriyyətini itirdikdən sonra atıcı qadınlardan istifadə etməyə qərar verib.

Son məlumata əsasən, Mosulun qərb məhəllələrinin təxminən 30 faizi terrorçuların əlində qalmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru