Belarus "Qazprom"a 1 milyard dollara yaxın qaz borcu ödəyəcək

4-04-2017, 08:13           
Belarus "Qazprom"a 1 milyard dollara yaxın qaz borcu ödəyəcək
Minsk neft və qazla bağlı düzəliş edilmiş sənədlərin paraflanmasından sonra Rusiyanın "Qazprom" şirkətinə 726 milyon dollar məbləğində borc ödəyəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin nümayəndələri məlumat yayıb.
Qeyd olunub ki, belə bir qərar danışıqlardan sonra qəbul olunub.
Yaxın günlərdə Belarusa neft tədarükünün bərpa olunacağı bildirilir. Onların həcmi ildə 24 milyon ton təşkil edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru