Maşın baqajından 2 meyit çıxdı - biri erməni

4-04-2017, 14:24           

Moskva ətrafında parklanmış maşının baqajından odlu silahla öldürülmüş iki kişinin meyiti tapılıb. teref.az musavat.com-a istinadən xəbər verir ki, Lenin rayonunda öldürülənlərin biri rus, digəri ermənidir. Moskva vilayətinin istintaq komitəsi ölüm hadisəsi ilə bağlı cinayət işi qaldırıb, araşdırmalar davam edir. Rəsmi məlumatda deyilir ki, Lenin rayonunun Razvilka qəsəbəsində odlu silahla qətlə yetirililən iki nəfərdən biri Rusiya, digəri Ermənistan vətəndaşıdır. Qətl və qanunsuz silah dövriyyəsi maddələri ilə bağlı cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru