Tereza Mey Səudiyyə Ərəbistanına səfəri zamanı baş örtüyündən imtina edib

5-04-2017, 09:07           

Böyük Britaniyanın baş naziri Tereza Mey Səudiyyə Ərəbistanına səfəri zamanı XİN-nin təlimatına məhəl qoymayaraq, baş örtüyündən imtina edib.

APA-nın “The Independent”ə istinadən verdiyi xəbərə görə, XİN ekspertləri T.Meyə ənənəvi ərəb donu və ləçəyi geyinməyi məsləhət görüblər. Lakin hökumət rəhbəri yerli ənənəyə əməl etməyəcəyini bildirib.

“Ümid edirəm ki, xalq mənim simamda lider görərək, qadının nəyə nail ola biləcəyini anlayacaq”, - deyə Mey qeyd edib.

Nəşr qeyd edir ki, Səudiyyə Ərəbistanının qanunvericilində əcnəbilərin baş örtüyündən istifadənin icbariliyini göstərən bənd yoxdur. Lakin, əcnəbilər adətən müsəlman adətlərinin sərt qaydalarını pozmamağa çalışırlar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru