Rusiya tərəfi İdlibdəki kimyəvi hücum barədə açıqlama verib - VİDEO

5-04-2017, 15:59           
Rusiya tərəfi İdlibdəki kimyəvi hücum barədə açıqlama verib - VİDEO
Suriya aviasiyası İdlibdə terrorçuların kimyəvi silah sexini bombalayıb. FaktXəbər-in Vesti.ru-ya istinadla məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin müavini İqor Konaşenkov bəyan edib. Onun sözlərinə görə, bu silahlar əsasən İraqa göndərilirmiş, ancaq, Hələbdə də istifadə olunurmuş.

Hələbdə kimyəvi maddələrdən istifadə olunduğu barədə hələ ötən ilin sonlarında məlum olmuşdu. Rossiya-24-ün məlumatına görə bunu rusiyalı mütəxəssislər qeydə alaraq Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına ötürüblər, lakin bu günə kimi cavab almayıblar.

«Hava məkanına obyektiv nəzarət üçün Rusiya vasitələrinin məlumatına görə, dünən yerli vaxtla 11.30-dan 12.30-a kimi Suriya aviasiyası Xan Şeyxun yaşayış məntəqəsində terrorçuların silah və hərbi texnika anbarına aviazərbələr endirib. Bu ərazidə kimyəvi silahlar hazırlayan sexlər də olub. Bu nəhəng arsenaldan kimyəvi silahlar İraq ərazisində terrorçulara aparılırmış. Terrorçuların onlardan istifadə etdiyi dəfələrlə beynlxalq təşkilatlar və ölkə rəsmiləri tərəfindən sübut olunub.

Elə həmin silahların ötən ilin sonlarında Hələbdə terrorçular tərəfindən istifadəsi Rusiyalı mütəxəssislər tərəfindən müəyyən olunub. Xan Şeyxunda zərərçəkənlərdə görülən simptomlar ötən il Hələbdə qeydə alınanlarla eyniyyt təşkil edir. Həmin vaxt Suriyada kimyəvi silahın istifadə olunması barədə bütün faktlar qrunt nümunələri ilə birlikdə protokollaşdırılaraq Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına verilmişdi.

Lakin adıçəkilən təşkilat sözüdenə materialı hələ də araşdırır», - deyə general mayor Konaşenkov bildirib.
[media=https://www.youtube.com/watch?v=SVMLuVDoE_A]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.