ABŞ-ın Suriyaya hücumu suveren dövlətə qarşı təcavüzdür - Vladimir Putin

7-04-2017, 13:11           
ABŞ-ın Suriyaya hücumu suveren dövlətə qarşı təcavüzdür - Vladimir Putin
"ABŞ-ın Suriyadakı obyektlərə hücumu təcavüzdür, bu addım həm Rusiya-ABŞ münasibətlərinə, həm də terrorizmlə ümumi mübarizəyə xələl yetirir".

SalamNews-un “İnterfaks”-a istinadla verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin bu fikirlərini onun mətbuat katibi Dmitri Peskov səsləndirib.

“Prezident Putin ABŞ-ın Suriyaya raket zərbələri endirməsini əvvəlcədən hazırlanmış bəhanəyə əsaslanaraq beynəlxalq hüquq normalarını pozmaqla suveren dövlətə qarşı təcavüz aktı hesab edir”, - deyə D.Peskov söyləyib.

Mətbuat katibi qeyd edib ki, Suriya ordusu kimyəvi silah ehtiyatına malik deyil: “Suriya Silahlı Qüvvələrinə aid bütün kimyəvi silah ehtiyatlarının məhvi BMT-nin xüsusiləşdirilmiş bölməsi olan kimyəvi silahın qadağan edilməsi üzrə təşkilat tərəfindən də təsdiq edilib. Bununla belə, Putinin fikrinə görə, terrorçular tərəfindən kimyəvi silahdan istifadə faktlarına isə heç bir məhəl qoyulmaması vəziyyəti nəzərəçarpacaq dərəcədə gərginləşdirir".

Xatırladaq ki, dünən ABŞ Prezidenti Donald Trampın əmri ilə Suriyanın Homs əyalətində yerləşən aviabaza bombalanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.