ABŞ-ın buraxdığı 59 raketdən yalnız 23-ü Suriyadakı aviabazaya düşüb - Rusiya Müdafiə Nazirliyi

7-04-2017, 16:00           
ABŞ-ın buraxdığı 59 raketdən yalnız 23-ü Suriyadakı aviabazaya düşüb - Rusiya Müdafiə Nazirliyi
Rusiyanın nəzarət qurğusu ABŞ Hərbi Qüvvələrinin Surayadakı hərbi baza istiqamətində buraxdığı "Tomahawk" tipli 59 qanadlı raketdən yalnız 23-nün bazaya tuş gəldiyini qeydə alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Moskvada keçirilən birfinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Digər 36 qanadlı raketin hara düşdüyü məlum deyil", - İ.Konaşenkov deyib.
Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı aviabazaya kütləvi raket hücumunun döyüş effektivliyi son dərəcə aşağıdır.
İ.Konaşenkov Homs əyalətindəki aviabazaya hücumdan sonra Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndiriləcəyini bildirib. O vurğulayıb ki, aviazərbələr nəticəsində Suriya Hərbi Hava Qüvvələri 6 ədəd "MiQ-23" təyyarəsini itirib, radiolokasiya stansiyası və digər əmlaklar dağıdılıb.
VQTRK telekanalı ABŞ-ın raket zərbələrinə məruz qalan bazadan videogörüntülər yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru