Stokholmda baş verənlərdə azərbaycanlılar xəsarət alıbmı?-XİN

8-04-2017, 00:09           

“Stokholmdakı Azərbaycan səfirliyi İsveçin müvafiq qurumları ilə sıx əlaqədədir”.
Bunu virtualaz.org-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Stokholmda baş vermiş terror aktında zərərçəkənlər arasında azərbaycanlıların olub-olmamasına dair suala cavab verərkən deyib.


XİN rəsmisinin sözlərinə görə, hazırkı ana olan vəziyyətə əsasən, azərbaycanlıların xəsarət alanalar arasında olub-olmaması barədə heç bir məlumat yoxdur.
Məlumata görə, hüquq-mühafizə orqanlarının mümkün terror aktı ilə bağlı məlumatları olmayıb.
Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru