Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanıldı
8-04-2017, 00:42
Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bunları deyib: “İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”. Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.