Dollar gözləntiləri özünü doğrultdu

8-04-2017, 09:22           

Qlobal bazarların səbirsizliklə gözlədiyi mühüm məlumatlar açıqlanıb.

teref.az Marja.az-a istinadən xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq martda 98 min artıb, işsizlik nisbəti 4.7%-dən 4.5%-ə geriləyib. Beləliklə, işsizlik nisbəti 2007-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib.

Gözlənti məşğulluğun 180 min artması, işsizlik nisbətinin 4.7% olması idi. Fevral ayı məşğulluq göstəricisi 235 mindən 219 minə dəyişdirilib. Orta saatlıq maaşlar bu dövrdə 0.2% ilə gözləntiyə paralel artıb. Maaşlarda illik artım da gözlənildiyi kimi 2.7% olub.

Məşğulluq mart ayında əvvəlki ilk 2 aya nisbətən düşmüş olsa da, bu vəziyyət normallaşma olaraq da görülə bilər. Sağlam məşğulluq görünüşü FES rəsmilərinin mart ayında faiz artırmasına təsir göstərmişdi. FES üzvləri bu il 2 faiz artırımı nəzərdə tutur.

Məlumatın açıqlanmasının ardınca dollar avro qarşısında bahalaşıb. Avro/dollar məzənnəsi 0,3% düşərək 1.0615 səviyyəsində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru