ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına çağırış etdi – «Siyasi iqlimi nəzərə alın…»

8-04-2017, 09:51           
ABŞ səfirliyi Rusiyadakı vətəndaşlarına çağırış etdi – «Siyasi iqlimi nəzərə alın…»
teref.az Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiyadakı səfirliyi öz vətəndaşlarına «maksimum ayıq olun və Rusiyadakı siyasi iqlimi hesaba alın» çağırışı edib.

Bu barədə məlumat ABŞ-n Rusiyadakı səfirliyinin saytında dərc olunub.

Səfirlikdə qeyd ediblər ki, Rusiyada anti-Amerika əhval-rühiyyəsi yüksəlib və «miqyaslı nümayişlər»in keçirilmə ehtimalı böyükdür. Dipnümayəndəlik hesab edir ki, hətta nümayişlər dinc xarakter daşısa belə, toqquşmalara çevrilə və «zorakılığın artmasına» gətirib çıxara bilər.

Bundan başqa, ABŞ vətəndaşlarını əhalinin sıx toplaşdığı yerlərdə və ictimai nəqliyyatda ayıq olmağa və həmişə özləri ilə şəxsiyyəti təsdiq edən sənədləri – Rusiya vizası ilə pasportları gəzdirməyə və yerli polisin tələbi ilə onu təqdim etməyə çağırıblar.

Dipmissiya həm də ABŞ vətəndaşlarına hər zaman özləri ilə mobil telefon gəzdirməyi, ətrafda baş verənlərə diqqətlə yanaşmağı və həmişə son xəbərləri izləməyi tövsiyyə edib./azpolitika.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru