Rus terrorçularının qənimi bu kəşfiyyatçı imiş

8-04-2017, 10:07           

Məşhur rus terrorçular Qivi (Mixail Tolstıx) və Motorolanın (Arsen Pavlov) ölümünün əsas sifarişçisi Ukrayna Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat Departamentinin rəhbəri Aleksey Petrovdur.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Donetsk separatçılarının “təhlükəsizlik nazirliyi” yayıb. Separatçıların iddiasına görə, Petrov qondarma Donetsk və Luqansk Xalq Respublikalarına qarşı fəliyyət göstərmək üçün ABŞ-ın dəstəyi ilə yaradılmış dəstələri kurasiya edib. Maraqlı məqam odur ki, Petrov bu terrorçuların qətlə yetirilməsindən sonra departmentə rəhbər təyin edilib.

Qeyd edək ki, Motorola 2016, Qivi isə 2017-ci ildə qətlə yetirilib. Hər iki şəxs partladılaraq məhv edilib. Son iki il ərzində Donbas savaşında Ukraynaya qarşı döyüşən məşhur terrorçuların 90%-i müxtəlif yollarla məhv edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.