"Dəmir ledi"-nin Dünən Vəfat Günü İdi ...
8-04-2017, 11:35

teref.az yazır ki, Tetçer görüşündən sonra Əbülfəz Elçibəyi sovet məkanında ən böyük demokrat kimi dəyərlənidirmişdi.Tetçerin Əbülfəz Elmçibəyə təşəkkürü isə belə olmuşdu: “Prezidentdən Bakıda ən yaxşı mövsümün nə vaxt olduğunu soruşdum, o isə sentyabr və may aylarının olduğunu dedi. Sentyabrda artıq sizə gəldim, mayda da gələcəyəm. Amma bundan əvvəl prezidentinizi Londonda salamlamaq istərdim”.
Lakin Elçibəyə Londona səfər etmək qismət olmadı. Neft müqavilələrinin imzalanması üzrə böyük işlər 1993-cü ilin iyununda - onun hakimiyyətdən getməsilə pozuldu...

teref.az yazır “Marqaret Tetçer çox böyük bir siyasət, dövlət adamı idi. XX əsrin ikinci yarısında dünya siyasətini müəyyənləşdirən şəxslərdən biri idi. Güclü iradə sahibi olan Marqaret Tetçerin “Dəmir ledi” adlandırılması da təsadüfi deyil. Tetçer nə istədiyini bilən, nə istədiyinə doğru qətiyyətlə irəliləyən bir dövlət xadimi idi"(İsa Qəmbər )
.Amerika – yeni İsraildir. Onu müqəddəslər yarada bilmədilər, əgər yaratsaydılar, çətin ki ora dirçələrdi---.Avropa tarix, Amerika isə fəlsəfə ilə yaradılıb-.--Məğlubiyyət? Mən bu sözün mənasını bilmirəm.---Əgər nə vaxtsa 48 nəfərə qarşı tək olsam, o 48 nəfərə yazığım gəlir--.-Ev qadınlar üçün dünyanın sərhədi deyil, mərkəzi olmalıdır.
Dünən səfəri ilə bu gündə Azərbaycan siyasi tarixində dərin iz buraxan Böyük Britaniyanın baş naziri olmuş Marqaret Tetçerin vəfatı günü idi ..O.zaman SSRİ-nin dağılmasından cəmi il yarım keçirdi və müstəqil Azərbaycan Respublikası Sovet İttifaqının ən barışmaz əleyhdarlarından biri hesab olunan siyasətçini qəbul edirdi...
İlk dəfə Bakıya gələn Marqaret Tetçeri hava limanında o vaxtkı parlamentin spikeri İsa Qəmbər qarşılayıb “Gülüstan” sarayında isə təntənəli qəbul zamanı prezident Elçibəy Tetçerlə ilk dəfə görüşürmüşdü
Mübaliğəsiz demək olar ki, məhz həmin vaxt Elçibəy hökuməti iki il sonra imzalanacaq “Əsrin müqaviləsi”nə imkan verən həlledici addımlar atdı.
Gülüstan”da daha bir gözəl görüş baş tutmuşdu. Hökumət üzvlərindən biri (səhv etmirəmsə, Nəcəf Nəcəfov) təntənəli görüşə futbol üzrə 1966-cı il dünya çempionatı finalının hakimi Tofiq Bəhramovu dəvət etməyi və onu Marqaret Tetçerlə tanış etmək təklifi irəli sürdü. Təmkinli və gülümsəyən Bəhramov yüngül yerişlə Tetçerə tərəf yaxınlaşdı, İsa Qəmbər isə məmuniyyətini gizlətmədən və ona məxsus yumor hissi ilə qonağı təqdim etdi.

“Bax, bu insanın fiti olmasaydı, siz ingilislər 1966-cı ildə “Qızıl ilahə”ni görməzdiniz, madam Tetçer!”, - deyə İsa Qəmbər barmağı ilə Bəhramova işarə etdi. Bu sözlərin tərcüməsini dinləyən Tetçer də daha böyük emosionallıqla dedi: “Bəli! Bəli, xatırlayıram, çox sağ olun, sağ olun!”.
Bakını tərk etməzdən əvvəl Tetçer Azərbaycan televiziyasına müsahibə də verib. Müsahibəsində o, ermənilərin Şuşa və Laçını işğal etməsini pisləyib, demokratiyanın və iqtisadi islahatların inkişaf etdirilməsi zərurətini, müstəqilliyin baha başa gəldiyini, amma buna dəydiyini qeyd edib.
Baba Allahnezerov
teref.az