Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı vəziyyəti müzakirə ediblər

8-04-2017, 13:53           
Sergey Lavrov və Mövlud Çavuşoğlu Suriyadakı vəziyyəti müzakirə ediblər
Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

SalamNews–un verdiyi xəbərə görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"7 apreldə Türkiyənin təşəbbüsü ilə Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Nazirlər hərbi və mülki vətəndaşların ölümü ilə nəticələnən ABŞ-ın hücumu da daxil olmaqla Suriyadakı vəziyyəti müzakirə ediblər. Lavrov vəziyyəti daha da gərginləşdirəcək aqressiv hərəkətlərin qəbuledilməz olduğunu vurğulayıb. Tərəflər bölgədəki faciəli hadisələrin və terror təşkilatları tərəfindən kimyəvi silahdan istifadə edilməsi faktının obyektiv və tərəfsiz şəkildə istintaqa cəlb edilməsinin əhəmiyyətini qeyd ediblər”, - deyə Nazirliyin açıqlamasında bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.