Abe: "45 dəqiqə ərzində Trampla danışdım və..."

9-04-2017, 13:39           
Abe: "45 dəqiqə ərzində Trampla danışdım və..."
Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp aprelin 9-da telefon danışığı zamanı Suriyadakı vəziyyət və Şimali Koreya məsələlərini müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya hökumətinin başçısı jurnalistlərə məlumat verib.

Baş nazir deyib: “Bir az bundan əvvəl bizim Prezident Donald Trampla telefon danışığımız oldu. Danışığın yüksək səviyyəli ABŞ-Çin görüşündən dərhal sonra keçirilməsinə baxmayaraq, biz 45 dəqiqə ərzində Suriya və Şimali Koreya barədə açıq fikir mübadiləsi apardıq. Mən Prezident Trampın müttəfiq ölkələrin və dünyanın təhlükəsizliyi, sülhün qorunması işində iştirakını yüksək qiymətləndirirəm”.

Baş nazir əlavə edib: “Şimali Koreya məsələsində biz Çinin reaksiyasını xüsusi diqqətlə izləyirik. Biz belə bir vahid mövqeyə gəldik ki, Yaponiya və ABŞ-ın bu məsələdə əməkdaşlığı, sıx əlaqədə olması, həmçinin Yaponiya, ABŞ və Cənubi Koreyanın birliyi mühüm əhəmiyyətə malikdir”.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

Xəbər verdiyimiz kimi, aprelin 6-da iki ölkənin liderləri arasında Şimali Koreyanın raket sınağı ilə bağlı telefon danışığı baş tutmuşdu. Bundan sonra, aprelin 7-də Baş nazir Şinzo Abe ABŞ-ın Suriyaya raket zərbələrini dəstəkləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru