Bəşər Əsəd: "ABŞ Suriyaya hücum etməklə məqsədinə çata bilmədi"

9-04-2017, 20:23           
Bəşər Əsəd: "ABŞ Suriyaya hücum etməklə məqsədinə çata bilmədi"
"ABŞ Suriyanın Homs əyalətindəki hərbi aerodromuna hücum etməklə arzuladığı nəticələrə nail ola bilmədi".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bazar günü iranlı həmkarı Həsən Ruhani ilə telefon söhbəti zamanı deyib.
"Əsəd qeyd edib ki, ABŞ hücum etmək yolu ilə məqsədlərinə çata bilmədi. Bu, Suriya ordusunun qazandığı qələbələrdən sonra Birləşmiş Ştatlar tərəfindən dəstək alan terror qruplaşmalarında mənəvi ruh yüksəkliyi yaratmaq cəhdi idi", - deyə SANA agentliyi prezidentin sözlərini sitat gətirib.
Öz növbəsində İran lideri Həsən Ruhani ABŞ-ın Suriya ərazisinə təcavüzünü ölkənin suverenliyinin və bütün beynəlxalq qanun və konvensiyaların kobud şəkildə pozulması adlandırıb. O, İranın terrorçuluqla mübarizədə Suriyanın yanında oduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru