Stokholmda saxlanılan şəxs terror aktını İŞİD-in əmri ilə törətdiyini etiraf edib 10-04-2017, 08:16 Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib. Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. “ Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib. Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Facebook-da paylaş