Yəməndə üsyançı husilərin liderlərindən biri öldürülüb

10-04-2017, 08:42           

Yəmənin qərbində hava zərbəsi nəticəsində üsyançı husilərin (“Ənsər Allah” hərəkatı) liderlərindən biri öldürülüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Abdulla Yəhya əl-Müəyəd husilərin hökumətində “informasiya naziri” olub.

Məlumatı təsdiqləyən üsyançı-husilər endirilən hava zərbəsi nəticəsində “nazir”lə birgə onu müşayiət edən 9 nəfərin öldüyünü də bildiriblər.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru