İvanka Trampın əri Rusiya əlaqələrini gizlədib! – KİV

10-04-2017, 08:52           
İvanka Trampın əri Rusiya əlaqələrini gizlədib! – KİV
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin müşaviri, Prezident qızı İvankanın əri Cared Kuşner Rusiya bankı «Vneşekonombank»ın başçısı Sergey Qorkovla və Rusiyan ABŞ-dakı səfiri Sergey Kislyakla təmasları barədə məlumatları gizlədib. Xəbəri «CNBC» telekanalı yayıb.

Kuşner məxfi materiallara çıxış əldə etmək üçün son yeddi il ərzində əcnəbilərlə olmuş təmasları barədə məlumat verməyə borclu idi. Ancaq Kuşner onlarla sayda görüşü, o cümlədən, Kislyak və Qorkovla olmuş görüşləri barədə susub.

Federal Təhqiqat Bürosu (FTB) Trampın kürəkənini dindirmək niyyətindədər. Amma Kuşnerin vəkili təsdiqləyir ki, onun müştərisi bu görüşlər barədə məlumatı səhv üzündən verməyib.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ senatının kəşfiyyat üzrə komitəsinin qarşıdakı dinləmələri zamanı Kuşner bildirəcək ki, sözügedən görüşlər «koordinasiya iclasları» xarakterlidir və Rusiya ilə münasibətlərin qurulmasında «yaxşı vasitəçi aramağa» xidmət göstərib.

Göründüyü kimi, bu məlumat «səhv üzündən verməyib» variantını istisna edir.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru