«Suriyaya raket zərbəsi endirmək üçün Trampın səlahiyyəti olmayıb!» - Senator Sanders

10-04-2017, 08:54           
«Suriyaya raket zərbəsi endirmək üçün Trampın səlahiyyəti olmayıb!» - Senator Sanders
ABŞ Demokrat partiyasından prezidentliyə keçmiş namizəd, senator Berni Sanders belə bir fikir səsləndirib ki, Suriyaya raket zərbəsi endirmək üçün dövlət başçısının müvafiq səlahiyyəti olmayıb. Xəbəri «NBC» yayıb.

«Mən düşünürəm ki, o, Birləşmiş Ştatların konqresinə gəlməlidir. Hesab edirəm ki, Tramp özünün uzunmüddətli məqsədləri barədə danışmalıdır» – deyə, Sanders bəyan edib.

Bundan əvvəl senator raket zərbələri ilə bağlı narahatlığını ifadə edərək, bildirmişdi ki, ABŞ Prezidenti Suriyada nəyə nail olmaq istədiyini ölkə sakinlərinə izah etməlidir.
azpolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru