Rusiyada yaşayış evində yanğın olub, ölənlər var

10-04-2017, 09:28           

Rusiyanın İrkutsk vilayətində fərdi evdə yanğın baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Nijneudinsk rayonunda qeydə alınıb.

Yanğın zamanı 4 nəfər ölüb. Alov söndürüldükdən sonra ikimənzilli yaşayış evində iki kişi və iki qadının meyiti aşkarlanıb.

Daha iki nəfəri, 69 yaşlı qadını və 47 yaşlı əlil kişini qonşular yanğınsöndürənlər gələnədək xilas edə bilib.

İlkin ehtimala görə, yanğına odla ehtiyatsız davranma səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru