ABŞ-dan İran və Rusiyaya sərt – Cavab

10-04-2017, 14:33           

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Nikki Heyli Prezident Donald Trampın, lazım olarsa, Suriyaya yeni hücumlar təşkil edəcəyini bildirib.

CNN-ə danışan Heyli Vaşinqtonun Suriya məsələsindəki prioritetlərini belə sıralayıb:

"İŞİD-in məğlub edilməsi, İran təsirinin aradan qaldırılması və Bəşər Əsədin devrilməsi. Əsas məqsəd İŞİD-i məğlub etməkdir. Əsədin hakimiyyətdə olduğu bir vaxtda sülhün olması mümkün deyil. Buna görə də rejimi dəyişmək lazımdır”.

Xatırladaq ki, “İlam əl-Hərbi” saytı tərəfindən nəşr olunan bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə ABŞ-ın Suriyada “qırmızı xətt”i keçdiyi və bundan sonra Suriyaya qarşı hər hansı hücuma cavab veriləcəyi bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru