Aparıcı canlı yayımda elədiyi hərəkətə görə biabır oldu- VİDEO
10-04-2017, 23:18
Avstraliyada yayımlanan ABC News 24 telekanalında idman xəbərlərini təqdim edən aparıcı canlı yayımda biabır olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Nataşa Ekselbay adlı spiker efirə sujet verilən zaman dırnaqlarını manikür edib. Yenidən canlı yayıma bağlanarkən aparıcının hərəkətləri kameraya düşüb.
Nataşa buna şok reaksiya versə də, xəbərləri təqdim etməyə davam edib.
Aparıcının görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra böyük müzakirələrə səbəb olub. [media=https://www.youtube.com/watch?v=1vYa7tanRqU]