İspaniyada təyyarənin sərnişini naməlum uçan obyekti kamera ilə çəkə bilib
11-04-2017, 10:30
İspaniya səmasında təyyarə ilə uçan zaman yerli sakinlərdən biri buludları telefonunun kamerası ilə çəkirmiş. Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, çəkiliş zamanı buludların üzəri ilə naməlum uçan obyekt keçib. Qeyd olunur ki, videoda aydın görünən bu obyekt məlum uçan aparatların heç birinə bənzəmir.