Böyük Yeddilik ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriyaya qarşı sanksiyalar haqqında qərar qəbul edilməyib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fransa Xarici İşlər naziri Jan Mark Eyro söyləyib.
“Blomberq” agentliyi isə özünün etibarlı mənbələrinə istinadən bu görüşdə, ümumiyyətlə, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin müzakirə edilmədiyi haqqında informasiya yayıb.
Qeyd edək ki, G7 ölkələrinə Kanada, Yaponiya, Böyük Britaniya, Almaniya, ABŞ, İtaliya və Fransa daxildir.