Sərnişini təyyarədən döyə-döyə düşürdülər - Şok VİDEO

11-04-2017, 23:13           
Sərnişini təyyarədən döyə-döyə düşürdülər - Şok VİDEO
ABŞ-ın "United Airlines” aviaşirkətinin təyyarəsində şirkət əməkdaşlarına yer çatmadığı üçün sərnişini güclə göyərtədən düşürüblər.

Oxu.Az-ın xəbərinə görə, digər sərnişinlər hadisənin görüntülərini lentə alaraq sosial şəbəkələrdə paylaşıblar.

Çikaqodan Luisvilə uçmalı olan təyyarəyə satılan biletlər mövcud oturacaqlardan daha çox olub. Sərnişinlərin hamısına yer çatıb, lakin "United Airlines” daha dörd əməkdaşını təyyarəyə yerləşdirməyi qərara alıb.

İlk olaraq sərnişinlərə uçuşdan imtina üçün 400 dollar mükafat təklif edilib, lakin heç kim razılaşmayıb. Sonradan mükafat 800 dollara qədər qalxsa da, sərnişinlər yenə də imtina ediblər. Bundan sonra növbəti reyslə uçacaq olmalı sərnişinləri təsadüf yolu ilə seçiblər.

Heç kim təyyarəni tərk etmək istəmədiyindən, hava yolları şirkətinin nümayəndələri təsadüfi seçimlə təyyarəni tərk edəcək dörd sərnişini müəyyən ediblər.Nəticədə reys iki saat təxirə salınıb.

Aviaşirkət baş verənlərə görə sərnişindən üzr istəyib. "United Airlines” şirkətinin rəhbəri Oskar Munos bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd olunur ki, sərnişinə güc tətbiq edən mühafizəçilər artıq işlərindən azad ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru