Dortmundda aşkarlanan məktubun müəllifi partlayışlara görə məsuliyyəti üzərinə götürüb

12-04-2017, 08:46           

Dortmundda partlayışların baş verdiyi ərazidə aşkarlanan məktubun müəllifi hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın xəbərinə görə, bu barədə “Assoşieyted Press” prokurorluğa istinadən məlumat yayıb.

Məlumata görə, müstəntiqlər hazırda həmin məktubu tədqiq edirlər.

Bundan əvvəl Dortmund polisi partlayışların “Borussiya” futbol komandasına qarşı yönəlmiş hücum olduğunu bəyan edib.

Xatırladaq ki, avtobusun yaxınlığında üç partlayış baş verib. Polisin ilkin məlumatına əsasən, “hücumda ciddi partlayıcı vasitələrdən istifadə edilib”. Partlayıcı qurğunun avtomobil duracağının hasarına bərkidildiyi bildirilir.

Hadisə zamanı avtobusun şüşəsi parçalanaraq dortmundluların müdafiəçisi Mark Bartranın əlini zədələyib.

Qeyd edək ki, insident səbəbindən Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru