İranın sabiq prezidenti Mahmud Əhmədinejad yenidən prezidentliyə namizədliyini irəli sürüb. APA-nın Tehran bürosunun məlumatına görə, ali lider ayətullah Xamenei Əhmədinejada namizədliyini irəli sürməməyi məsləhət görsə də, keçmiş prezident bu gün sabiq vitse-prezident Həmid Bəqayi ilə birlikdə namizədlərin qeydiyyatı idarəsinə gedib və namizədliyini irəli sürüb. Qeyd edək ki, M. Əhmədinejad seçkilərdə H. Bəqayini dəstəkləyəcəyini açıqlamışdı.