Putinin yeni bəyanatı — "ABŞ-a "darıxıram, qızlar" demək istəyirəm"
12-04-2017, 13:45

İtaliya prezidenti Sercio Mattarella ilə görüşdükdən sonra Moskvada mətbuat konfransı təşkil edən Rusiya prezidenti İdlibin Han Şeyhun qəsəbəsində kimyəvi hücum iddiasını provokasiya adlandırıb.
TEREF.İNFO-nun yazdığına görə, "Ölkə.Az" xəbər verir ki, İraqda baş verən prosesin bənzərinin Suriyada da yaşandığını iddia edən Putin "ABŞ-a "darıxıram qızlar" " demək istədiyini qeyd edib.
İdlibdə baş verən hadisələrə görə, Rusiyanın günahlandırılması məsələsinə toxunan Rusiya lideri deyib: "Trampı tənqid edən Qərb indi də Vaşinqtonla münasibətləri düzəltmək üçün Rusiya və Suriyanı düşmən seçib. Buna qarşı səbrli davranmağa hazırıq. Ümid edirik ki, Qərb bu yaxınlarda pozitiv davranış sərgiləyəcək".
Putin sözlərinə belə davam edib: "İtaliya prezidentinə baş verənlərin mənə 2003-cü ildə həyata keçirilənləri xatırlatdığını söylədim. 2003-cü ildə ABŞ nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasında İraqda kimyəvi silah tapdıqlarını bildirmişdilər. Bundan sonra isə İraqa qarşı hərbi əməliyyat başlamışdı. Bu əməliyyat İraqı viran etmiş, terror təhlükəsini artırmış və İŞİD-in yaranması isə nəticələnmişdi. İndi də eyni ssenari davam edir. Bunlar mənə yazıçı İlf və Petrovun bir romanındakı bu ifadəni xatırladır: "Darıxıram qızlar"-demək istəyirəm. Bunların hamısını gördük".