BVF Gürcüstana 285 milyon dollar ayırıb

13-04-2017, 08:36           
BVF Gürcüstana 285 milyon dollar ayırıb
Beynəlxalq Valyuta Fondu islahatların keçirilməsi üçün Gürcüstana 285,3 milyon dollar ayırıb.

APA-nın xəbərinə görə, bu barədə Fondun mətbuat xidməti açıqlama yayıb.

Üçillik proqram Gürcüstanda iqtisadi islahatların dəstəklənməsinə yönəlib.

“Proqram Gürcüstana əlaqələndirilmiş iqtisadi siyasət tədbirləri həyata keçirmək, iqtisadi artıma nail olmağa imkan verəcək”, məlumatda qeyd edilir.

Məlumatda həmçinin vurğulanır ki, islahatlar ilk növbədə daha effektiv dövlət idarəetməsi, infrastruktura yeni yatırımlar, təhsilin keyfiyyətinin və işgüzar iqlimin yaxşılaşdırılmasına yönələcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.