Donald Tramp dolların məzənnəsinin yüksək olmasında özünü günahkar bilib

13-04-2017, 08:43           
Donald Tramp dolların məzənnəsinin yüksək olmasında özünü günahkar bilib
ABŞ prezidenti Donald Tramp Amerika dollarının hazırkı məzənnəsinin həddindən artıq yüksək olduğunu hesab edir və etiraf edir ki, bunda qismən onun da dövlət başçısı olaraq günahı var.
"Report" xəbər verir ki, Tramp bunu WSJ qəzetinə müsahibəsində bildirib.
"Hesab edirəm ki, bizim dollar olduqca möhkəm olacaq və bunda qismən mənim də günahım var, çünki insanlar mənə güvənirlər", - deyə ABŞ prezidenti etiraf edib.
"Lakin ağrılı da olsa deməliyəm ki, bu, nəticə etibarı ilə bizə ziyan vuracaq", - deyə o əlavə edib.
Tramp, həmçinin xatırladıb ki, valyutanın məzənnəsinin möhkəmlənməsinin öz müsbət aspektləri də var:
"Daha möhkəm dolların da öz müsbət tərəfləri var. Lakin ən yaxşısı bu ifadəni (möhkəm dollar) eşitməkdir", - deyə prezident istehza ilə bildirib.
O, həmçinin dolların məzənnəsinin qalxmasının mənfi nəticələr verəcəyi barədə xəbərdarlıq edib:
"Dolların möhkəm olduğu, digər ölkələrin isə öz valyutalarını devalvasiya etdiyi şəraitdə rəqabət aparmaq olduqca çətindir", - deyə Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru