Bəşər Cəfəri: “Suriya KSQT ekspertlərini “Şayrat” aviabazasına buraxmağa hazırdır”

13-04-2017, 08:53           
Bəşər Cəfəri: “Suriya KSQT ekspertlərini “Şayrat” aviabazasına buraxmağa hazırdır”
Suriya Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) ekspertlərini zarin maddəsinin mövcudluğunu yoxlamaq üçün "Şayrat" aviabazasına buraxmağa hazırdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriyanın BMT yanındakı daimi nümayəndəsi Bəşər Cəfəri Təhlükəsizlik Şurasının iclasında bildirib.

“Biz KSQT-nin direktoru Əhməd Uzümçüyə məktub göndərərək Xan-Ceyhun şəhəri və “Şayrat” aviabazasına qərəzsiz və peşəkar missiya göndərilməsini xahiş etmişik. Xan-Şeyhun şəhərində baş verənlərə aydınlıq gətirilməsində ən çox Suriya hökuməti maraqlıdır”, deyə B.Cəfəri qeyd edib.

Qeyd edək ki, aprelin 4-də Xan-Şeyhun şəhərində kimyəvi silahla törədilən hücum zamanı onlarla insan ölüb. Rəsmi Dəməşq hadisəyə aidiyyətinin olmadığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru