Tramp Avropaya çağırış etdi — “Rusiyadan qorxmaq lazım deyil”
13-04-2017, 09:36
“İnanıram ki, dünyada mövcud problemlər həll olunacaq. Nəhayət ki, Avropa və Qərb sülh yaratmaq üçün mövqeylərini açıq şəkildə ortaya qoyacaqlar”.
Ölkə.Az" xəbər verir ki, bu barədə ABŞ-ın 45-ci prezidenti Donald Tramp bildirib. Amerika rəhbəri Tramp NATO-nun rəhbəri ilə görüşdən sonra mətbuat konfransında deyib ki, Avropa Rusiyadan qorxur.
“Dünyada terrorçular qanl hadisələr törədir. Bunun kökünü kəsmək əvəzinə, süni problemlər yaradan qüvvələr var. Böyük problemlrə yaradan ölkələrdən biri də Rusiyadır. İnanıram ki, Avropa və digər ölkələr yaranmış böyük problemlərin həlli üçün lazımı addımlar atacaqlar. Rusiyadan qorxmaq lazım deyil”, - deyə Tramp bildirib.
Amerika rəhbəri Rusiyanı da sülhə çağırıb:
“Hazırda baş verənlər, bu dəlilikdir ... İnanıram ki, Rusiya da sülhün tərəfdarıdır. Bu qorxudan qurtarmağın vaxtı gəlib. Bizə də, bütün dünyaya da sülh lazımdır”.