ABŞ-da ər-arvad filmə baxdıqdan sonra övladlığa götürdükləri yeniyetməni öldürüblər

13-04-2017, 12:51           
ABŞ-da ər-arvad filmə baxdıqdan sonra övladlığa götürdükləri yeniyetməni öldürüblər
Amerikalı ər-arvad Ernest və Hizer Franklin övladlığa götürdükləri 16 yaşlı əlil oğulları Cefrini öldürməkdə ittiham edilirlər. Onlar bu cinayəti “Dəniz sahilində Mançester” ("Manchester by the Sea") filminə baxdıqdan sonra törədiblər.

SalamNews-un xəbərinə görə, bu barədə “USA Today” qəzeti məlumat yayıb.

Yeniyetmənin cəsədi fevralın 28-də yanmış evdə aşkar edilib. İstintaq Cefrinin yanğın baş verənə qədər öldürüldüyünü aşkara çıxarıb.

İttihamçıların fikrincə, cütlük 2012-ci ildə övladlığa götürdükləri yeniyetmədən xilas olmaq qərarına gəliblər. Onlar oğullarını öldürərək cinayəti yanğın kimi qələmə verməyə çalışıblar.

Qəzetin məlumatına əsasən, faciə baş verən gecə cütlük “Dəniz sahilində Mançester” filminə baxıblar. Filmdə də bənzər cinayət haqqında danışılır. Qətlin film tamaşasından sonrakı iki saat ərzində həyata keçirildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru