Avropa Məhkəməsi Elmar Hüseynovla bağlı qərarını açıqladı- QƏTLİN İSTİNTAQI SƏMƏRƏLİ ARAŞDIRILMAYIB
13-04-2017, 14:49
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı bir neçə iş üzrə qərarını elan edib. Gununsesi.info-nun xəbərinə görə, bu barədə vəkil Əsabəli Mustafayev özünün sosial şəbəkədki səhifəsində yazıb. Vəkil yazır: Avropa Məhkəməsi bu gün Azərbaycana qarşı 23 iş üzrə qərarlarını elan edib. Rövşənə Hüseynovanın şikayəti üzrə qəbul edilmiş qərarla jurnalist Elmar Hüseynovun qətli ilə əlaqədar Konvensiyanın 2-ci maddəsinin prosessual əsaslara görə, yəni istintaqın səmərəli aparılmamasına görə pozuntusu tanınıb. Konpensasiya: mənəvi ziyana görə 20 000, hüquqi xərclərə görə 10 000 avro. Digər 22 iş azad seçki hüququnun pozuntusudur. Ərizəçilərin soyadlarını keçən dəfə yazdığımdan indi qeyd etmirəm. Bütün ərizəçilərə mənəvi ziyana görə 10 000 avro kompensasiya ödənilməlidir. Bu 22 iş üzrə hüquqi yardıma görə 21 000 avro kompensasiya təyin edilib.Bu 23 iş üzrə kompensasiyaların cəmi 360 000 avro təşkil edir. Qeyd edək ki, mərhum baş redaktor Elmar Hüseynovun qətli ilə bağlı cinayət işinin istintaqı ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində aparılıb.