Rus diplomat BMT iclasında barmaq silkələdi: “Gözümün içinə bax, hara yayındırırsan…”

13-04-2017, 20:38           

Tramp: “Putin Rusiyanın lideridir, Rusiya da güclü ölkədir, bizsə – biz çox, çox güclü ölkəyik. Əgər Putinlə dil tapa bilsək, əla olardı”
Dövlət katibi Tillersonun Moskvaya səfərini yüksək dəyərləndirən ABŞ prezidenti iki ölkə arasında münasibətlərin normallaşacağına ümid etdiyini bildirib.
Amma, Tillersonun səfərini Amerika və Qərbi Avropa mətbuatı ABŞ üçün uğursuz hesab edir. G7 görüşündən sərt bəyanatlarla yola düşən Tillerson Əsədin getməsini tələb kimi qoymuşdusa , Moskvada bu ” tələb” formasında deyil, “ümid etdiklərini və Rusiyanın bu məsələyə konstruktiv yanaşacağına inanmaq istədikləri” kimi ton dəyişikliyi etdi. Məhz bu “ton” aşağı düşdüyündən Putin də Tillersonla görüşəcəyinə razılıq verdi, yoxsa bu görüşün olacağı son anadək məlum deyildi.
Tillerson və Lavrovun görüşü bir daha sübut etdi ki, ABŞ və Rusiya dünyada baş verən vacib məsələlərə , xüsusilə Suriyadakı vəziyyətə fərqli bucaqlardan baxırlar. ABŞ dövlət katibi yenə” cinayətkar Əsədlər ailəsi hakimiyyətinin devrilməsinin” zəruriliyini, Rusiya isə kimyəvi hücumun təhqiqatının vacibliyini önə çəkdi. Tərəflər razılaşdılar ki, Suriya problemi hərbi yox, siyasi həll tələb edir.
Hələ ki, nə qədər diplomatik gedişlər olsa da iki ölkə arasında münasibətlər gərgin olaraq qalır.Necə deyərlər, Rusiya –ABŞ, Qərb münasibətləri “ balta əyrisidir” .Səfər bitməmiş Rysiya nümayəndəsinin BMT-dəki kəskin çıxışı “əyri”nin düzəlməyəcəyini bir daha göstərdi. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov isə sələfi Vitali Çurkinə rəhmət oxutdurur. BMT Təhlükəsizlik Şurasında Suriya məsələsi müzakirə olunarkən Böyük Britaniyanın nümayəndəsi Raykrofa barmaq silkələyib, “ sən , gözümün içinə bax, hara gözünü yayındırırsan” -deyə müraciət edərək diplomatik etiketə uyğun olmayan tərzdə “beyninizdə yalnız rejimi dəyişmək var” deyib, səsini ucaldıb. Safronkovun BMT-dəki tərzi vaxtilə Xruşşovun ayaqqabısını çıxarıb tribunaya döyərək:-“Sizin raketlər bizim qapıdan keçəndə, bizimkilər artıq pəncərənizdən girmiş olacaq” –hərəkətinə bənzəyir. Rus diplomatın kobud tərzi Kremlin mətbuat xidmətinin rəhbəri Peskov tərəfindən yüksək qiymətləndirilib, Jirinovski isə Safronkovu təcili daimi nümayəndə təsdiq etməyi məsləhət görüb.
Bütün baş verənlər o yerə gətirib çıxarır ki, məsələ uzanacaq və Rusiya diktatorun hakimiyyətini öz maraqlarına uyğun olaraq uzadacaq , artıq Əsədin gedib- getməmək haqqında qərarı özünə məxsus deyil. (moderator.az)
[media=https://www.youtube.com/watch?v=k50o6NUzXzc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.