Kim Çen In zəhərli qaz daşıyan raket başlıqlarına malikdir ? – İDDİA

13-04-2017, 20:47           

“Şimali Koreya (Koreya Xalq Demokratik Respublikası) lideri Kim Çen In kütləvi qırğın silahı olan zəhərli qaz daşıyan raket başlıqlarına malik ola bilər”.
Bunu Yaponiyanın baş naziri Sindzo Abe ölkə parlamentində çıxışı zamanı bəyan edib.
Yapon baş nazir bildirib ki, əgər ABŞ-la müharibə başlayarsa, Şimali Koreya ordusu nüvə və ballistik raketlərlə yanaşı, zəhərli qazalar daşıyan raketlərdən də istifadə edə bilər: “Şimali Koreyanın zəhərli qaz daşıyan raket başlıqlarına malik olması ehtimalı böyükdür. Tərəflər arasında hərbi təhdid ritorikası artdıqca, bölgədə müharibə riski çoxalır. Tərəflər bunu nəzərə almalıdır”. (publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru