ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər

14-04-2017, 08:58           
ABŞ və Rusiya Suriyada təhlükəsizliyə dair mexanizmi bərpa ediblər
ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini bərpa ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib. “Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib. Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.
Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı təhlükəsizlik memorandumunu dayandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru