Rusiyada məktəbə qaz doldu — 14 şagird zəhərlənib

14-04-2017, 09:43           

Rusiyanın Podolsk şəhərində məktəbdə qazdan kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Ölkə.Az” xəbər verir ki, hadisə 7 saylı gimnaziyada ətrafı bürüyən qaz iyi nəticəsində 14 şagird zəhərlənib. Hadisə şahidlərinin sözlərinə görə, ilk əvvəl qaz iyi məktəbin birinci mərtəbəsindən yayılmağa başlayıb. Daha sonra iy ikinci və üçüncü mərtəbələrə dolub.

Məktəb rəhbərliyi şagirdləri gimnaziya binasından boşaltmağa başlayıb. Lakin bütün cəhdlərə baxmayaraq hadisə nəticəsində şagirdlərin halı pisləşməyə başlayıb. Dərhal hadisə yerinə həkimlər çağırılıb. Valideynlərə xəbər verilib.

Qazdan halı pisləşər 20-yə yaxın şagirdə ilkin tibbi yardım göstərilib. Onlardan 6 nəfəri xəstəxanaya getməyib. Digərləri xəstəxanalara yerləşdiriliblər.

Zəhərlənənlərdən 6 nəfərinin vəziyyəti nisbətən ağırdır.

Hadisə yerinə mütəxəssislər cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru