Marin Li Penin parlament toxunulmazlığı ləğv edilsin
14-04-2017, 14:21
Fransalı müstəntiqlər bunu tələb edirlər Fransalı müstəntiqlər “Xalq cəbhəsi” partiyasının lideri Marin Li Penin parlament toxunulmazlığının ləğvi ilə bağlı Avroparlamentə müraciət ediblər. AFN bildirir ki, bu xəbəri Europe 1 telekanalı yayımlayıb. Paris prokurorluğu da siyasətçiyə qarşı bundan əvvəl istintaq tədbirlərinə başlamışdı. Li Pen özünə saxta köməkçilər təyin etməkdə ittiham edilir. Müstəntiqlər güman edirlər ki, bu şəxslər Avroparlament xətti üzrə işləməsələr də, əməkhaqqı alıblar. Deputat toxunulmazlığına istinad edən Marin Li Pen, prezident seçkiləri kampaniyası başa çatmayana qədər ifadə verməyə gəlməyəcəyini bəyan edib. Avroparlament isə İŞİD qruplaması qurbanlarının fotolarını Twitter səhifəsində yerləşdirdiyinə görə, Marin Li Peni artıq mart ayında deputat toxunulmazlığından məhrum edib.