Amerika təyyarəsi Krım yaxınlığında kəşfiyyat aparıb
15-04-2017, 08:02
Amerika Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" tipli təyyarəsi Krım yaxınlığında kəşfiyyat aparıb. "Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb. Təyyarə Sevastopolun cənub-qərbində kəşfiyyat işləri görüb. O, Siciliyanın Siqonella aviabazasından havaya qalxıb.